Müəllimin qonşularına zorakılıq tətbiq etməsi iddiası ilə bağlı DİN-dən RƏSMİ AÇIQLAMA
Xəbər verdiyimiz kimi Gəncə şəhəri Yeni Kəlbəcər qəsəbəsində yaşayan peşə məktəbində müəllim işləyən Cəfərli Ramin Kamil oğlunun küçə heyvanlarını zəhərləməsi və küçə heyvanlarına yemək verdiyi üçün qonşularına da zorakılıq tətbiq etməsi ilə bağlı ciddi ittihamlar irəli sürülüb.
Məsələ ilə bağlı Patrulaz.az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hazırda Kəlbəcər Rayon Polis Şöbəsində faktla bağlı araşdırma aparılır, müvafiq ekspertiza təyin olunub:
“Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. Onu da qeyd edim ki, hadisəyə səbəb heyvanların zəhərlənməsi ilə bağlı deyil, şikayətçinin küçə heyvanlarını yaşayış binasının qabağında yemləməsinə görə əraziyə çoxlu sayda itlərin toplanması və bina sakinlərinin hərəkətinə mane olmasına görə baş verib” -deyə, o bildirib.






