Müğənni Əminə Şirin daha bir verilişdə efiri tərk etdi - Bu dəfə səbəb keçmiş ərinin...
Müğənni Əminə Şirin veriliş zamanı keçmiş həyat yoldaşının adı çəkildiyi üçün studiyanı tərk edib.
Patrulaz.az xəbər verir ki, hadisə “Rəngarəng” verilişinin canlı efirində baş verib. Əminənin keçmiş əri, müğənni Kazım Canın telefon bağlantıyla canlı yayına qoşulub.
Verilişin aparıcısı Zaur Nəbioğlu bununla bağlı efirdə belə açıqlama verib:
“Nə Əminə, nə Kazım adlarının birlikdə çəkilməsini istəyir”, – deyə o bildirib.
Maraqlı məqam isə aktyor Sərxan Kərəmoğlunun “Bunlar evli olublar” sözlərindən sonra müğənninin studiyanı tərk etməsi olub.
Qeyd edək ki, Əminə Şirin ikinci dəfə ailə həyatı qurub və ayrılıb.
Xatırladaq ki, Əminə Şirin bundan əvvəl də “Həmin Zaur” verilişində qalmaqalla gündəmə gəlmişdi. Belə ki, verilişə gecikdiyi üçün aparıcı Zaur Kamal ondan üzr istəməsini istəmiş, lakin Əminə Şirin buna etiraz edərək belə cavab vermişdi:
“Mən sizdən yox, tamaşaçılardan üzr istəyirəm. Siz də üzr istəyin ki, qonağı belə qarşıladınız” – deyə müğənni bildirib və efiri tərk etmişdi.






