media-inshot_20260410_184641619

Qlobal iqtisadi qeyri-müəyyənlik, inflyasiya təzyiqləri və geosiyasi gərginliklər investorların diqqətini yenidən “təhlükəsiz aktivlərə” yönəldib. Bu şəraitdə qızıl ənənəvi olaraq etibarlı sığınacaq kimi qiymətləndirilsə də, bazardakı dəyişkənlik onun rolunu yenidən müzakirəyə açır.

Bəs hazırkı iqtisadi şəraitdə qızıl həqiqətən təhlükəsiz limandır, yoxsa qısa müddətli dalğalanmalar səbəbindən riskli investisiya hesab olunmalıdır?

Bu barədə iqtisadçı Natiq Cəfərli Patrul.az-a açıqlamasında bildirib ki, münaqişələr zamanı qızılın qiyməti əvvəlcə satışların artması ilə düşsə də, geosiyasi gərginlik azaldıqdan sonra yenidən yüksələ bilər:

media-img-20260410-wa0058

“Qızıl bu dəfə münaqişələr zamanı özünü bir qədər fərqli apardı, çünki müharibə qızışdıqca qızıldan çıxanların sayı artdı. Bu, Yaxın Şərq bölgəsi ilə bağlı idi. Yaxın Şərq qızıl ticarətinin mərkəzlərindən biridir. Oradakı müharibə əhvali-ruhiyyəsi bir çox qızıl satıcılarını nağd vəsaitə üstünlük verməyə məcbur etdi və nəticə etibarilə qızılın qiyməti düşdü. Lakin müharibə bitdikdən sonra qızılın qiymətində yenidən artım müşahidə oluna bilər. Yəni geosiyasi gərginlik azaldıqca Yaxın Şərqdə qızılın qiyməti yenidən bir unsiya üçün 5000 dollara qədər yüksələ bilər”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər