Nabran istirahət mərkəzində yemək üstündə SIRA MÜBARİZƏSİ - VİDEO
Nabranda yerləşən ailəvi istirahət mərkəzində xoşagəlməz hadisə yaşanıb.
Patrulaz.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, insanlar yemək paylanması zamanı bir-birilə mübahisə ediblər.
Hadisə növbə gözlənilməməsi səbəbindən baş verib. İddialara görə, istirahətə gələn bir qrup şəxs növbəni pozaraq yemək almağa cəhd edib. Bu da digərlərinin narazılığına səbəb olub və nəticədə qarşıdurma yaranıb.
Görüntülər sosial mediada birmənalı qarşılanmayıb. İstifadəçilər bu cür halların ictimai yerlərdə istirahət mədəniyyətinə zərər vurduğunu bildiriblər.
Həmin görüntüləri təqdim edirik:






