media-inshot_20260311_093758452

Türkiyədə İstanbul Baş Prokurorluğu tərəfindən məşhurları hədəf alan narkotik istintaqı çərçivəsində saxlanılan və daha sonra məhkəmə nəzarəti altında sərbəst buraxılan tanınmış müğənni Edis Görgülünün testinin müsbət çıxdığı iddia edilir.

Analizlərində kokain qalıqları aşkarlandığı iddia edilən sənətçi, nəhayət, sükutunu pozub.

Patrul.az xəbər verir ki, xaricdən dönər-dönməz qollarında qandal görən və ifadəsi alındıqdan sonra məhkəmə nəzarəti ilə sərbəst buraxılan Edis, “Instagram” hesabında paylaşım edib.

Məşhur müğənni paylaşımında Məhkəmə Tibbi Ekspertiza Qurumunun (Adli Tıp) “müsbət” rəyindən sonra şok keçirdiyini gizlətməyib.

Edis rəsmi açıqlamasında heç bir qadağan olunmuş maddədən istifadə etmədiyini və nəticələrin səhv olduğuna inandığını bildirib:

“Adım bu məsələdə hallanan kimi dərhal ölkəyə qayıtdım və testi verdim. Nəticədən son dərəcə təəccübləndim. Öz həyat tərzimə və vərdişlərimə son dərəcə əminəm!”.

Ulduz müğənni bu nəticə ilə barışmayacağını və məsələni apelyasiya mərhələsinə daşıyacağını elan edib. O, başqa müstəqil müəssisələrdə də təkrar analizlər verəcəyini və qanun qarşısında haqlı olduğunu sübut edəcəyini vurğulayıb:

“Əgər əksi doğru olsaydı, bunu açıq şəkildə etiraf edərdim. Həqiqət mütləq üzə çıxacaq!”.

Qeyd edək ki, eyni istintaq çərçivəsində “Survivor” ulduzu və keçmiş idmançı Adem Kılıççının da test nəticələrinin “marixuana” üzrə müsbət çıxdığı deyilir. Şou dünyasında “narkotik zəlzələsi”nin hələ uzun müddət davam edəcəyi gözlənilir.

media-screenshot_20260311_091620_instagram

Gülbəniz Səfərova


Bənzər xəbərlər