media-inshot_20250721_101734299

Beyləqan rayonunda narkotik vasitə və spirtli içkinin təsiri altında avtomobil idarə edən və taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb.

Patrulaz.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verib.

Bildirilib ki, Beyləqan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində “Kia” markalı avtomobilin yol hərəkəti qaydalarını pozduğu müşahidə olunub və sürücü İ.Səfərova “saxla” işarəsi verilib. Aparılan araşdırma zamanı müəyyən olunub ki, o, narkotik vasitə və spirtli içki təsiri altında nəqliyyat vasitəsini idarə edib.

Faktla bağlı barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə İ.Səfərovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb, özü isə 7 sutka inzibati qaydada həbs olunub.


Bənzər xəbərlər