media-inshot_20260410_161431899

Xəbər verdiyimiz kimi, dünən Türkiyədə məşhurlar arasında aparılan narkotik əməliyyatları çərçivəsində 14 məşhur şübhəli saxlanılmışdı.

Patrul.az xəbər verir ki, onlar arasında həzin mahnıları ilə məşhur olan türkiyəli müğənni Emre Fel də var idi.

Aparılan istintaq nəticəsində sənətçi Məhkəmə Tibbi Ekspertiza İnstitutunda nümunə verdikdən sonra sərbəst buraxılıb.

Ona sürülən iddiaları inkar edən müğənni “İnstagram”dakı ilk açıqlamasında “Bir qurtum belə spirtli içki içməmişəm” deyərək heyranlarını sevindirib:

“Açıq şəkildə bildirmək istəyirəm ki, həyatım boyunca iddia edilən məsələlərlə heç bir əlaqəm olmayıb. Hətta bir qurtum belə spirtli içki içməmişəm. Dünən kim idimsə, bu gün də oyam və sabah da eyni şəkildə qalacağam. Bu səbəbdən vicdanım rahat və özümə əmin şəkildə evdən çıxdım. Prosesin ən sürətli və düzgün şəkildə yekunlaşması üçün məndən tələb olunan hər şeyi tam yerinə yetirdim. Hazırda evimdəyəm”.

Qeyd edək ki, Emre Fel bu yaxınlarda konsert verməli idi. Onun saxlanılması konsertin bazar gününə təxirə salınmasına səbəb olub.

Xatırladaq ki, İstanbulda narkotiklərlə bağlı aparılan istintaq çərçivəsində 14 nəfər – aktrisa Hafsanur Sancaktutan, müğənni Emir Can İğrek, Türkiyə “MasterChef”inin tanınmış aşpazı Somer Sivrioğlu, sosial media kontent yaradıcısı Ogün Alibaş, müğənni Utku Ünsal, aktrisa Sinem Özenç Ünsal, aktrisa Elif Büşra Pekin, aktrisa Ahsen Eroğlu, aktyor Burak Deniz, Mert Demir, müğənni Emre Fel Öztürk, müğənni Norm Ender və sosial media fenomeni Enes Güler saxlanılmışdı.

Onlar narkotik və ya stimullaşdırıcı maddələrin əldə edilməsi, saxlanması və istifadəsi, eləcə də bu maddələrin başqalarına verilməsi ilə bağlı cinayətlərdə iştirakda ittiham olunurdular.

media-gozaltina-alinan-emre-felden-i-d667b557b2-4708_2_mGülbəniz Səfərova


Bənzər xəbərlər