Naxçıvan sakinin idarə etdiyi yük maşını İranda aşdı - VİDEO
İranda baş verən yol qəzasında Naxçıvan sakini olan sürücü xəsarət alıb.
Patrulaz.az “APA”ya istinadən xəbər verir ki, hadisənin İranın Culfa şəhəri yaxınlığında baş verdiyi bildirilir.
Belə ki, Naxçıvan sakini olan sürücünün idarə etdiyi yük avtomobili magistral yolda idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində sürücü xəsarət alıb.






