Naxçıvanda təhlükəli sürüşmə: yol çökdü, ərazidə böyük çatlar yarandı - FOTOLAR
Naxçıvan şəhəri ərazisində sürüşmə hadisəsi baş verib.
Patrul.az xəbər verir ki, hadisə Naxçıvan şəhərində fəaliyyət göstərən Duzdağ Müalicə Mərkəzinin ərazisində qeydə alınıb.
Mərkəzin qarşısındakı yol qəfil çöküb.
Həmçinin ərazidə böyük çatlar yaranıb. Burada torpaq qatında baş vermiş sürüşmə nəticəsində yolun hər iki tərəfində böyük çuxur, asfalt örtükdə isə bir neçə təhlükəli çat əmələ gəlib. (Oxu.az)







