media-2f37b5f8-f06d-4431-b161-c94e16908f7e

Bakıda restorana məxsus kanalzasiya suyu birbaşa yola axır.

Patrulaz.az-a daxil olan məlumata görə, General Mehmandarov küçəsində kanalizasiya sularının yola axması ətrafda antisanitar vəziyyət yaradıb.

Redaksiyamıza daxil olan kadrlara əsasən, Neapol dairəsi yaxınlığında yerləşən restorana məxsus kanalizasiya sistemi yararsız vəziyyətdədir. Belə ki, oradan gələn çirkli sular birbaşa 47 C ünvanında yerləşən obyektlərin, xüsusilə də “çilingər” xidmətləri göstərən obyektlərin önündən axır və qoxu səbəbilə həm ustaları, həm də müştəriləri ciddi şəkildə narahat edir.

Kadrlarda da görünür ki, kanalizasiya suları təkcə obyektlərin qarşısına deyil, həm də yola axır. Nəticədə avtomobillərin hərəkəti ilə bu sular ətrafa yayılır və vəziyyət daha da ağırlaşır.

Ustaların sözlərinə görə, problemlə bağlı dəfələrlə şikayət edilsə də, heç bir tədbir görülməyib.
Onlar aidiyyəti qurumlardan məsələnin qısa müddət ərzində həll edilməsini xahiş edirlər.

Gülbəniz Səfərova


Bənzər xəbərlər