"Neçə il idi ki, xalqımızla birlikdə bu günü gözləyirdik" - QURBAN QURBANOV
“Neçə il idi ki, xalqımızla birlikdə bu günü gözləyirdik. İstəyirdik ki, daha yaxşı oyun göstərək. Bu oyunda məğlub olsaq da, nəticə çox sevindiricidir”.
Patrulaz.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Ferentsvaroş”la matçın nəticəsindən sonra deyib.
Qurban Qurbanov, həmçinin 2017-ci ildə Avropanın ali klub turnirinin qrup mərhələsində komandasının apardığı mübarizənin həyəcanı ilə avqustun 27-də baş tutan matçın həyəcanını müqayisə edib:
“Bu gün baş tutan oyun gözlədiyimdən də gərgin keçdi. Bu elə oyunun ilk dəqiqələrindən də hiss olunurdu. Yəni, 3:1 hesabından sonra hamı “Qarabağ”ın qalib olacağını, Çempionlar Liqasının qrupuna daxil olacağını düşünürdü. Amma futbolda istənilən nəticənin baş verə biləcəyini bir daha gördük. Hər bir halda bu oyun daha gərgin idi”.
Sonda baş məşqçi azarkeşlərə göstərdikləri dəstəyə və komandasına əzminə görə təşəkkür edib.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində “Ferentsvaroş”u mübarizədən kənarlaşdıraraq, 8 ildən sonra turnirin əsas mərhələsinə vəsiqə qazanıb.






