media-photo-output

Bakının Nərimanov rayonunda fəaliyyət göstərən ictimai iaşə obyektlərindən biri ümumi istifadədə olan ərazini özbaşına məhdudlaşdıraraq avtomobillərin parkinqinə maneə yaradıb.

Patrulaz.az xəbər verir ki, Əliyar Əliyev küçəsində yerləşən “Çağ Kebab” restoranı önünə təhlükəsizlik konusları düzərək və üçbucaq formalı rəngli bəzək lentləri asaraq nəqliyyat vasitələrinin sərbəst keçidini məhdudlaşdırıb.

Sözügedən obyektin bu addımı ətraf sakinlərin və sürücülərin narazılığına səbəb olub.
Sakinlər bildirirlər ki, ictimai keçidə qoyulan süni maneələr səbəbindən yol hərəkəti çətinləşib.

Qeyd edək ki, qanunvericiliyə əsasən, ümumi istifadə üçün nəzərdə tutulan yol sahələrinin məhdudlaşdırılması yalnız müvafiq icra orqanlarının razılığı ilə mümkündür. Bu kimi hallarda aidiyyəti qurumlar tərəfindən maneələrin aradan qaldırılması tələb olunur.

Gülbəniz Səfərova

media-096e1469-fab2-4aa6-9b95-39635cf501f8 media-441de2e9-5d1a-4855-8beb-b1d3cbe76708


Bənzər xəbərlər