Nərimanovda istənilən an aşıb faciə törədə biləcək ağac - FOTO
Nərimanov rayonunda qəzalı vəziyyətdə olan ağac sakinlərin həyatını təhlükəyə atır.
Patrulaz.az-a təqdim olunan fotolardan da görünür ki, Faiq Yusifov küçəsində vətəndaşlar təhlükə ilə üz-üzə qalaraq ağacın altından keçməyə məcbur olurlar.
Əyilmiş vəziyyətdə olan ağacın isə istənilən an aşma ehtimalı var.
Sakinlərin sözlərinə görə, onlar problemin aradan qaldırılması üçün dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, indiyə qədər heç bir tədbir görülməyib.
Gülbəniz Səfərova







