media-inshot_20260721_092548558

“Benyamin Netanyahu ABŞ-də olduğu müddətdə heç bir halda həbs olunmayacaq”.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

O, bu çıxışını Nyu-York meri Zöhran Məmdaninin Netanyahunun sentyabr ayında BMT Baş Assambleyasının iclası üçün reallaşacaq səfəri təqdirdə həbs olunacağını bildirməsindən sonra edib.

“O, bu yaxınlarda 52 min günahsız etirazçını öldürən və son 47 ildir Amerika əsgərlərini və digər insanları qətlə yetirən İrana qarşı vuruşur. Onlar [rejimə qarşı] mübarizə aparırlar. Həbs edilməli olanlar İranı bu görünməmiş ölüm və dağıntı spiralına sürükləyənlərdir. Bu məsələ illər əvvəl, əvvəlki prezidentlərin dövründə həll edilməli idi”, – deyə ABŞ lideri əlavə edib.

Məlumat üçün bildirək ki, Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Benyamin Netanyahu barəsində 2024-cü ildən Qəzzada mülki əhaliyə qəsdən hücumlar, eləcə də qətl, qəddarlıq və digər qeyri-insani hərəkətlər, müharibə cinayətləri, o cümlədən aclıqdan silah kimi istifadə ittihamları ilə həbs qərarı çıxarıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər