media-inshot_20250916_204051880

“Biz buradayıq. Bu bizim şəhərimizdir. Cənab Ərdoğan, bu sizin şəhəriniz deyil”.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanlayıb.

Netanyahu Qəzzanın İsrailə məxsus olduğunu vurğulayaraq, torpaqların heç vaxt bölünməsinə icazə verməyəcəyini bildirib:

“O, daim bizim şəhərimiz olaraq qalacaq. Bir daha bölünməyəcək”, – deyə o, əlavə edib.

Qeyd edək ki, İsrailin Qətərin paytaxtı Dohaya həyata keçirdiyi hücumlardan sonra sosial şəbəkələrdə “İstanbul və Ankaranı vura bilərik”, “Növbəti hədəflər Türkiyədir” kimi paylaşımlar yayılıb.

Hücumdan sonra İsrail vətəndaşı akademik Meir Masri də təhdid dolu açıqlama verərək, belə deyib:

“Dohaya hücum edən hər kəs Ankaraya da hücum edə bilər. Bu gün Qətərdirsə, sabah Türkiyə ola bilər. İsrail terrorla mübarizə aparır”.

Xatırladaq ki, sentyabrın 9-da İsrailin hava hücumu nəticəsində Qətərin paytaxtı Dohada HƏMAS liderləri hədəf alınmışdı.

Hazırda isə İsrail Qəzzaya genişmiqyaslı quru əməliyyatına başlayıb. Eyni zamanda, Fələstin, Suriya, Livan, İraq, Qətər və İranda da hücumlarını davam etdirən İsrail ordusu, Qəzzada işğal ərazilərini genişləndirməkdədir. Rəsmi açıqlamaya görə, təxminən 1 milyon fələstinli sığınacaq axtardığı bir vaxtda İsrail qoşunları qurudan Qəzzaya daxil olub.

media-0x0-1757488564354 media-0x0-1757489676642


Bənzər xəbərlər