Niderlandda tapılan skelet d’Artanyana aid ola bilər
Niderlandda fransız müşketyoru d’Artanyana məxsus ola biləcək skelet aşkar edilib. Qrafın dəfn yeri bir neçə əsr ərzində naməlum olaraq qalırdı. d’Artanyanın qalıqları Maastrixt şəhərindəki kilsələrdən birində tapılıb.
Patrul.az xəbər verir ki, bu barədə “İzvestiya” telekanalı xəbər verib.
Fevral ayında məbəddə döşəmənin bir hissəsi qismən çöküb, bundan sonra təmir işlərinə başlanılıb. Torpaq qatı açılarkən tikinti işçiləri insan qalıqları aşkar ediblər.
Şarl de Bats de Kastelmor 1673-cü ildə şəhərin mühasirəsi zamanı həlak olub.
Qeyd olunur ki, davam edən hərbi əməliyyatlara görə sərkərdənin cəsədi, ehtimal ki, Fransaya göndərilməyib. Versiyalardan birinə əsasən, d’Artanyan fransız ordusunun düşərgəsi yanında yerləşən kilsədə dəfn edilib. Bu günə qədər bu hipotezi təsdiqləyən sübutlar mövcud olmayıb.






