Niyaməddin Musayev 85 yaşında Mədəniyyət Nazirliyindən gizlətdiyi sirri açdı
Xalq artisti Niyaməddin Musayev illərlə sənətə töhfə verdiyi yolun bir dönüm nöqtəsində yaşadığı peşmanlıqdan danışıb.
Patrulaz.az “Axşam.az”a istinadən xəbər verir ki, tanınmış müğənni bu barədə “Zaurla Günaydın” verilişində açıqlama verib.
85 illik yubileyini qeyd edən sənətkar bildirib ki, bu münasibətlə Mədəniyyət Nazirliyini əvvəlcədən məlumatlandırmayıb:
“Özümə sığışdırmadım ki, Mədəniyyət Nazirliyinə deyim 85 yaşım olur. Amma peşmanam, kaş deyərdim… Onlar özü 2 gün əvvəl xəbər tutdular, təbrik etdilər”.






