media-07ce9c3e-19dc-423b-9209-ac267524fa71

Maliyyə Nazirliyinin açıqladığı “2025-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi”ndə bildirilib ki, bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımının əvvəlcədən deyildiyi kimi 3,5 % yox, 3,7 % olacağı gözlənilir. 

Maliyyə Nazirliyi 2026-cı ildə 3,2 %, 2027-ci ildə 3,6 %, 2028-ci ildə 3,6 %, 2029-cu ildə isə 4,9 % iqtisadi artım gözləyir.

Millət vəkili Vüqar Bayramov ölkə iqtisadiyyatının inkişafı barədə öz fikirlərini Patrulaz.az-a bölüşüb:

“Növbəti dövr içində Azərbaycan iqtisadiyyatı artan tempini qoruyub saxlayacaq. Təbii ki, bu dövrdə Ümumi Daxili Məhsulda artımın sürətlənəcəyi də gözlənilir”.

Deputat bildirib ki, Azərbaycan praktiki olaraq iqtisadi artım tempini növbəti dövrlər üçün də qoruyub saxlayan ölkələrdən olacaq:

“Sözsüz ki, bu istiqamətdə bir sıra sektorların önə çıxması və bəzi sektorlar üzrə dövlət dəstəyinin həyata keçirilməsi vacib məqamlardandır. Azərbaycanda iqtisadi siyasətin dərinləşməsinin müşahidə edirik. Xüsusilə də müqayisəli üstünlüyə malik olan sektorların daha çox dəstəklənməsi vacibdir. Qida sənayesi bu üstünlüyə malik olan sektorlardandır. Hansı ki idxal və ixrac imkanları var. Bu sektorun dəstəklənməsi ölkəyə daha çox valyutanın daxil olmasına imkan yarada bilər”.

“Bütövlükdə neft məhsulları, qida və kimya sənayesi, o cümlədən, yüngül sənaye ölkəmizdə önə çıxan sektorlardandır. Növbəti dövrdə istehsal və qeyri-neft ixracatında bu sahələrin aparıcı olaraq qalacağı gözlənilir”,- deyə o əlavə edib.

Ləman Sərraf

 


Bənzər xəbərlər