Nüvə istehsalında Hindistan yoxsa Pakistan öndədir?
Hindistan 2024-cü ildə nüvə silah ehtiyatını artıraraq regional silahlanma yarışında mövqeyini gücləndirib.
Patrulaz.az xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2025-ci il üçün yayımladığı illik hesabatda bildirilir ki, Hindistanın nüvə başlıqlarının sayı 180-ə çatıb və ölkə silahların çatdırılma sistemlərini modernləşdirməyə davam edir. Hesabatda Pakistanın da arsenalını təxminən 170 başlığa qədər genişləndirdiyi qeyd olunur.
SIPRI bu artımı belə şərh edib:
“Hindistan ikinci nüvə sualtı qayığı olan ‘INS Arighaat’ı istifadəyə verərək nüvə üçlüyünü gücləndirib və strateji silah imkanlarını artırıb. SIPRI-nin hesabatında deyilir. Hindistan ikinci yerli istehsal nüvə sualtı qayığı olan ‘INS Arighaat’ı istifadəyə verərək nüvə üçlüyünü gücləndirib”.
Qeyd edək ki, Hindistan rəsmi nüvə doktrinasında “ilk zərbə yox” siyasətinə sadiq qalacağını bildirib. Lakin həm Hindistan, həm də Pakistan yeni raket sistemləri və parçalanan nüvə materialları üzərində işləməyə davam edirlər. Hesabatda qlobal nüvə gərginliyinin artdığı və 2024-cü ildə hərbi xərclərin Soyuq Müharibədən bəri rekord səviyyəyə çatdığı vurğulanıb.
Gülbəniz Səfərova






