Odlar Yurdu Universitetinin tələbəsi vəfat etdi
Odlar Yurdu Universitetinin Mühasibat ixtisası üzrə IV kurs tələbəsi Quliyev Əli Əlipənah oğlu vəfat edib.
Patrul.az xəbər verir ki, bu barədə məlumat universitetin rəsmi sosial şəbəkə hesabında paylaşılıb.
Universitet kollektivi gənc tələbənin vəfatından kədərləndiyini ifadə edib, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Tələbənin ölüm səbəbi barədə hələlik məlumat açıqlanmayıb.






