Ölkədə şənliklər, çöldə etirazlar
ABŞ Prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Ağ Evdə “Halloween” bayramını qeyd ediblər.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, bayram mərasimi ilə eyni vaxtda Venezuelada ABŞ liderinə qarşı etiraz aksiyaları keçirilib.
Etirazların səbəbi Trampın Venesuela Prezidenti Nikolas Maduronu narkotik ticarətində ittiham etməsi olub.
Latın Amerikası ölkələrinin bir qismi ABŞ-nin Venezuelaya mümkün müdaxiləsi ilə bağlı narahatlıqlarını ifadə edib. Belə ki, Kolumbiya Prezidenti Qustavo Petro region ölkələrini belə müdaxilələrə qarşı birgə mövqe sərgiləməyə çağırıb.
Digər tərəfdən, Trampın Petronu “narkobaron” kimi xarakterizə etməsi bölgədə siyasi gərginliyi daha da artırıb. Bunun fonunda Venezuelada keçirilən aksiyalarda minlərlə nəfər Maduroya dəstək nümayiş etdirərək ABŞ prezidentinə etirazını bildirib.






