Ölümündən əvvəlki son kadrlar - Laricani mətbuat konfransında belə görünürdü
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölümündən əvvəlki son görüntüləri yayılıb.
Patrul.az xəbər verir ki, o, son dəfə martın 17-si səhər saatlarında Tehranda keçirdiyi mətbuat konfransında kameralar qarşısına çıxıb.
Videoda Laricaninin çıxışına “Bismillahirrahmanirrahim” sözləri ilə başladığı və açıqlamalarını sakit, lakin qətiyyətli tonda verdiyi görünür.
O, son mətbuat konfransında sakit təsir bağışlayıb və heç bir narahatlıq əlaməti göstərməyib.
Sui-qəsd isə mətbuat konfransından bir neçə saat sonra baş verib.
Qeyd edək ki, İsrail Laricaninin öldürüldüyünü iddia etsə də, bu məlumat yalnız İran Ali Milli Təhlükəsizlik Şurası Katibliyinin açıqlamasında təsdiqlənib. Açıqlamada bildirilir ki, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ-İsrail hücumları nəticəsində həlak olub.







