media-inshot_20260326_183755338

Çelyabinsk Mərkəzi Rayon Məhkəməsi 2026-cı ildə “Oskar” mükafatına layiq görülmüş “Cənab Heçkim Putinə qarşı” sənədli filminin Rusiyada nümayişini qadağan edib.

Patrul.az xəbər verir ki, məhkəmənin mətbuat xidmətindən bildirilib ki, prokurorun iddiası təmin olunub.

Qeyd edək ki, iddia ərizəsinin detalları açıqlanmayıb. Məhkəmə materiallarına görə, iddiaçı Çelyabinsk vilayəti prokurorunun müavini, inzibati cavabdeh isə vilayətin rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsinə dövlət nəzarətini həyata keçirən federal icra orqanıdır.

Rusiya mediasının məlumatına görə, prokurorluq hesab edir ki, sənədli film Ukraynada hərbi əməliyyatların başlanmasından sonra dövlət hakimiyyətinə və prezidentə mənfi münasibəti əks etdirir.

Rusiya Prezidenti yanında İnsan Haqları Şurası Komissiyası martın 18-də “Oskar” təşkilatına və UNESCO-ya müraciət edərək, filmin istehsalı zamanı azyaşlıların hüquqlarının qorunub-qorunmadığını yoxlamağı tələb edib.

Komissiya qeyd edib ki, filmdə Rusiyadakı təhsil müəssisəsində çəkilmiş videomateriallardan uşaqların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı alınmadan istifadə olunub.

Kreml sözçüsü Dmitry Peskov isə filmin “Ən yaxşı sənədli film” nominasiyasında “Oskar” qazanması ilə bağlı şərh verməkdən imtina edib və o, deyib ki, həmin filmi izləməyib.


Bənzər xəbərlər