media-9037063a-9171-45ba-855c-b48e3b1ea00f

“Azərbaycan müstəqillik qazandıqdan dörd il sonra Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə konstitusiya qəbul edildi və bu proses 1995-ci ildə gerçəkləşdi. Sovetlər Birliyinin dağılmasından sonra milli hərəkatın önünə çıxan qüvvələrin hər birinin əsas ideologiyalarından biri dövlət quruculuğunun yenidən bünövrəsinin qoyulması idi”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib.

media-img_5029
Deputat bildirib ki, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ölkəmizin həyatının bütün sahələrində mövcud olan xaosu ortadan qaldırmaqla yanaşı, dövlət quruculuğunun məhz beynəlxalq hüququ prinsiplər, mütərəqqi dünyanın aparıcı idealları əsasında formalaşmasına imkan verdi: “Bu səbəbdən də konstitusiyanın qəbulu bütün dövlət-vətəndaş münasibətlərini məhz hüququ müstəvidə qurdu. Şübhəsiz ki, o dövrdən keçən vaxt ərzində qəbul edilən qanun və qərarlar mahiyyət etibarilə Azərbaycanın uğurlu inkişafına imkanlar açdı.

Açıq demək lazımdır ki, Milli Məclisdə qəbul edilən və dövlət rəhbəri tərəfindən imzalanan qanunların bir çoxunda, xüsusilə də beynəlxalq sənədlərdə qanunların üzərində işğalın ləkəsi var idi. Axərbaycan ərazilərinin bir hissəsində sözügedən konvensiyanın müddəalarının tətbiqinə zəmanət vermirdi. Bu bizim konstitusiyamızın da natamam şəkildə tətbiqi idi. Bu o deməkdir ki, BMT-də bu ərazi vahidi ilə tanınmış olsaq da, amma reallıqda əldə etməmişik. Amma bu bizim millətimizin qarşısında dayanan ən müqəddəs, həm də ən mühüm vəzifələrdən birinə çevrilmişdir.

2020-ci ildə 44 günlük Vətən müharibəsində xilaskarlıq savaşı mahiyyət etibarilə təkcə bütövlüyümüzü, suverenliyimizi bərpa etmədi, həm də konstitusiyamızın ən böyük hüquqi hallarının, insan haqqının təminatı oldu. Artıq 2023-cü ildən Xankəndi zəfəri ilə suverenliyimiz də təmin olundu. Bu isə imkan verdi ki, ölkə rəhbəri tərəfindən bu yöndə qərar verilsin və 2025-ci il “Konstitusiya və Suverenlik İli” kimi elan olunsun. Otuz illik yubileyinə daxil olduğumuz bu konstitusiya bizi qələbəyə gətirdi”.


Bənzər xəbərlər