Oyanan kimi yatağı yığmağın zərərləri
Uşaqlıqdan bizə “səliqəli ol, oyanan kimi yatağını yığ” deyiblər. Amma elm deyir ki, bu vərdiş göründüyü qədər faydalı deyil. Əksinə, səhər açılar-açılmaz yatağı yığmaq bəzən sağlamlıq üçün xırda, amma real risklər yaradır.
Patrul.az-ın məlumatına görə, səbəbi çox sadədir. Biz yuxuda olarkən bədənimiz tər ifraz edir, dərimizdən nəm və istilik çıxır. Nəticədə yataqda toz gənələri və bakteriyalar üçün ideal mühit yaranır. Oyanan kimi yatağı yığmaq bu nəmliyi “örtür”, yəni mikroorqanizmlərin çoxalması üçün daha əlverişli şərait yaradır.
Mütəxəssislər deyir ki, ən yaxşısı yatağı bir neçə saat açıq saxlamaqdır. Pəncərəni açmaq, havalandırmaq və döşəyi bir az gün işığında saxlamaq həm təmizliyə, həm də yuxu keyfiyyətinə müsbət təsir edir.
Ləman Sərraf






