Oyun öncəsi "Ayaks"dan Bakıyla bağlı paylaşım - VİDEO
Niderlandın “Ayaks” komandası UEFA Çempionlar Liqasının əsas mərhələsinin altıncı turu çərçivəsində Ağdamın “Qarabağ” klubu ilə doğma meydanda oynayacağı qarşılaşmadan əvvəl Bakını təqdim edən görüntülərlə paylaşım edib.
Patrul.az xəbər verir ki, paylaşılan videoda yağışlı havada Bakının küçələri, Alov Qüllələri, Heydər Əliyev Mərkəzi və Şirvanşahlar küçələri yer alıb.
Xatırladaq ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionda saat 21:45-də “Qarabağ” – “Ayaks” oyunu keçiriləcək.
Həmin paylaşımı təqdim edirik:






