media-img_7385

Pakistanda girov böhranı başa çatıb.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, qatarda Bəlucistan Azadlıq Ordusu (BLA) təşkilatı tərəfindən girov götürülən 300-dən çox sərnişinin hamısı xilas edilib, həyatını itirənlərin sayı 25-ə yüksəlib. Təhlükəsizlik qüvvələri 33 hücumçunu zərərsizləşdirib.

Ötən gün separatçı Bəlucistan Azadlıq Ordusu (BLA) təşkilatının Bəlucistan əyalətinin Bolan bölgəsində sərnişin qatarına hücumundan sonra Pakistanda başlayan girov böhranı başa çatıb. Pakistan ordusu qatarda olan 300-dən çox girovun hamısının xilas edildiyini bildirərək, hücumda həyatını itirənlərin sayının 25-ə yüksəldiyini açıqlayıb.

Həyatını itirənlərdən 21-nin mülki, 4-nün isə hərbçi olduğunu bildirən ordu, təhlükəsizlik qüvvələrinin 33 hücumçunu zərərsizləşdirdiyini açıqlayıb.


Bənzər xəbərlər