media-inshot_20260504_184911408

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən Avropa Siyasi Birliyinin (ASB) 8-ci sammitinin yekunlarına dair bəyanatla çıxış edərək, tədbirə onlayn formatda qatılan Azərbaycan Prezidenti İlham Əliyeyə xüsusi minnətdarlığını bildirib.

Patrul.az xəbər verir ki, Paşinyan bu iştirakın regionda davamlı sülhün bərqərar olması üçün ciddi siqnal olduğunu vurğulayıb:

“Mən onlayn formatda iştirakına görə Azərbaycan Prezidentinə minnətdaram. Bu, sülh prosesinin inkişafı və regional əməkdaşlıq kontekstində çox mühümdür”.

Baş nazir Türkiyənin vitse-prezidenti Cevdet Yılmaza da iştirakına görə minnətdarlığını bildirib:

“Sülh prosesləri və regional əməkdaşlıq baxımından iştirakına görə Türkiyənin vitse-prezidentinə minnətdaram”.

“Aparılan müzakirələr qlobal çağırışlar fonunda səmimi dialoqun və praktik həllərin zəruriliyini bir daha təsdiqləyib”, – deyə o, əlavə edib.

Paşinyan, çıxışında sərhədlərin açılmasının gələcək perspektivlərindən də danışıb:

“Davamlı sülh, münasibətlərin normallaşması və sərhədlərin açılması təkcə region üçün faydalı olmayacaq, həm də geniş Avropa məkanında və onun hüdudlarından kənarda əməkdaşlığı gücləndirəcək”.

Qeyd edək ki, 50-yə yaxın dövlət başçısının qatıldığı bu sammit Azərbaycan və Ermənistan arasında münasibətlərin istiləşməsi fonunda mühüm diplomatik platformaya çevrilib.


Bənzər xəbərlər