Paytaxtda görünməyən svetoforlar – Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hərəkətə keçdi
Bakının Nərimanov rayonunda Kazım Kazımzadə küçəsində hərəkət istiqamətində sürücülər üçün görünməyən svetoforla bağlı açıqlama
Patrulaz.az-a məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov məlumat verib. Onun sözlərinə görə, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları paytaxt yollarında monitorinq apararaq görünüşü məhdudlaşdırılan 34 svetofor müəyyən ediblər. Həmin svetoforların görüntüsünü maneə törədən ağacların budanması üçün siyahı hazırlanaraq aidiyyəti üzrə dövlət qurumuna təqdim olunub.
Qeyd edək ki, Kazım Kazımzadə küçəsində, xüsusilə üzü aşağı istiqamətdə hərəkət edən sürücülər, svetoforun ağac budaqları səbəbindən görünmədiyini və qəza riskinin artdığını bildirmişdilər.
Gülbəniz Səfərova






