media-inshot_20250606_161849377

Bakı şəhərində ölüm hallarının səbəbləri ilə bağlı statistik məlumatlar ictimaiyyətə təqdim olunub.

Patrulaz.az xəbər verir ki, “Modern.az” saytının Bakı Şəhər Statistika İdarəsindən əldə etdiyi məlumata görə, paytaxt əhalisi arasında ölümə ən çox səbəb olan xəstəliklər sırasında ilk yeri yenitörəmələr, yəni xərçəng şişləri tutur.

İkinci yerdə qan dövranı sisteminin daha çox ürək-damar xəstəliklərinin yaratdığı fəsadlar dayanır. Üçüncü ən geniş yayılmış ölüm səbəbi isə sinir sistemi ilə bağlı xəstəliklərdir.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin 2025-ci ilin ilk rübü üzrə yaydığı məlumata əsasən, yanvar-mart aylarında ölkə üzrə 14 min 172 ölüm halı qeydə alınıb. Bakı şəhəri üzrə isə bu rəqəm illik təxminən 15 min nəfərə yaxınlaşır.

Ölüm səbəblərinin ilk onluğu isə belə sıralanır:

1. Yenitörəmələr (xərçəng şişləri)

2. Qan dövranı sisteminin xəstəlikləri

3. Sinir sisteminin xəstəlikləri

4. Travmalar, zəhərlənmələr və digər xarici təsirlər

5. Həzm sisteminin xəstəlikləri

6. Tənəffüs sistemi ilə bağlı xəstəliklər

7. Bəzi infeksion və parazitar xəstəliklər

8. Perinatal dövrdə yaranan hallar

9. Sidik-cinsiyyət sistemi xəstəlikləri

10. Klinik və laborator müayinələrdə aşkarlanan simptomlar və normadan kənaraçıxmalar.


Bənzər xəbərlər