media-inshot_20260303_233932801

“İran tərəfi danışmaq istəyir, mən onlara çox gecdir dedim”.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp səsləndirib.

Tramp İranın yeni rəhbərliyinə qarşı hücum başlada biləcəklərini bildirib. Onun sözlərinə görə, ən pis ssenari İranda əvvəlkindən də daha pis bir şəxsin hakimiyyətə gəlməsidir.

İranın son şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvinin mümkün lider kimi uyğun olub-olmaması barədə suala cavab verən Tramp qeyd edib ki, Pəhləvi çox yaxşı insana bənzəyir və İranda əlçatan, eyni zamanda populyar bir şəxsə ehtiyac var.

Tramp əlavə edib ki, İranın hava hücumundan müdafiə sistemləri məhv edilib. O iddia edib ki, İran baş verənlərlə heç bir əlaqəsi olmayan ölkələrə hücum edir.

ABŞ Prezidenti müharibə fonunda neft qiymətlərinin artmasına da münasibət bildirib. O deyib ki, qiymətlər bir müddət yüksək ola bilər, lakin sonradan enəcək.

Müharibədə istifadə olunan sursatla bağlı danışan Tramp vurğulayıb ki, orta və yüksək sinif sursatdan məhdudiyyətsiz ehtiyat mövcuddur və hazırkı qarşıdurmada da bu imkanlardan istifadə edilir. Onun sözlərinə görə, ABŞ-nin təchizatı faktiki olaraq sonsuzdur.

Tramp bazar ertəsi İran tərəfinin danışıqlara hazır olduğunu da açıqlayıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər