media-inshot_20260122_222453115

Son günlər mövsümi qrip və digər respirator infeksiyaların artması fonunda bir çox insanda yaranan əlamətlərin “koronavirus ola bilər” düşüncəsi ilə narahatlıq yaratdığı müşahidə olunur. Oxşar simptomlar: hərarət, öskürək, boğaz ağrısı və halsızlıq bu qorxunu daha da gücləndirir və insanlar arasında qeyri-müəyyənlik formalaşdırır.

Bu baxımdan, son dövrdə yayılan virusla bağlı “bu korona ola bilər” qorxusu nə dərəcədə əsaslıdır və hansı hallarda testdən keçmək və həkim müayinəsinə müraciət etmək zəruri sayılır?

Bu barədə terapevt Etibar Süleymanov Patrul.az -a açıqlamasında bildirib ki, mövsümi respirator infeksiyalarda influenza A ağır gedişata malikdir, COVID isə peyvənd sayəsində yüngül keçir:

“Hazırkı dönəmdə yayılan kəskin respirator virus infeksiyalarıdır və bunların ştammları çoxdur. Həm influenza qripin A, B, C növləri, həm COVID tək-tək hallarda, həm rinoviruslar, həm enterovirüslar, həm müxtəlif adenovirüslar növləri yayılır. Mövsumi olaraq demək olar ki hər il bu dönəmlərdə bu cür xəstəliklərin sayı çoxalır. İndi influenza yayıma sürəti daha yüksəkdir deyə influenza üstünlük təşkil edir. Qorxulu bir vəziyyət hər an mənə elə gəlir ki görükmür çünki camaatın çox hissəsi COVID-ə görə peyvənd olunur. Peyvənd olunmuş şəxsə ikinci dəfə həmin xəstəlik keçirsə belə, yüngül şəkildə keçirir. Ağırlaşmaları nisbətən az olur. Amma qripin influenza A tipi nisbətən ağır gedişata malikdir. Yəni, o, yüksək hərarət 5-7 gün 39,40,41 dərəcəyə qədər boğaz ağrısı davamlı öskürək kimi əlamətlərlə keçə bilər”.

media-inshot_20260122_221529756

Həkimin sözlərinə görə, ümumi orqanizmi möhkəmləndirmək, vitaminli qidalar qəbul etmək, xəstələnəndə isə maye içmək və qızdırma uzun çəkərsə həkimə müraciət etmək vacibdir:

“Əsas ümumi orqanizmin möhkəmləndirilməsinə çalışmaq, vitaminli yeməklərdir, göy-göyərtidir qəbul eləmək və əgər xəstələnibsə, çoxlu maye, qızdırma dönəmində və ya qızdırma salıcı həblərdən istifadə eləyə bilərlər. İndiki dönəmdə həblər çoxdur. Yox, əgər qızdırma 3 gün, 4 gün davamlı şəkildə gedirsə, həkimə müraciət eləmək lazımdır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər