media-img-20260727-wa0005

Patrul.az redaksiyasına müraciət edən vətəndaş Azərbaycan Polisinə təşəkkürünü bildirib.

Vətəndaşın sözlərinə görə, bacısının qəfil doğum sancıları başlayıb və onu təcili şəkildə Yeni Klinikaya aparmaq üçün yola düşüblər. Lakin hamilə qadının vəziyyətinin getdikcə ağırlaşdığını görən sürücü həyəcan və təşviş içində nə edəcəyini bilməyib.

Bu zaman yolda Suraxanı Rayon Polis İdarəsinin Post-Patrul Xidməti əməkdaşlarını görən vətəndaş onlara yaxınlaşaraq kömək istəyib.

Polis əməkdaşları vəziyyətin təxirəsalınmaz olduğunu nəzərə alaraq xidməti avtomobillə vətəndaşın nəqliyyat vasitəsini müşayiət edib, yol hərəkətinin təhlükəsizliyini təmin etməklə hamilə qadının qısa müddətdə Yeni Klinikaya çatdırılmasına köməklik göstəriblər.

Vətəndaş göstərilən diqqətə və operativ reaksiyaya görə Azərbaycan Polisinə minnətdarlığını ifadə edib.

Patrul.az olaraq, vətəndaşların təhlükəsizliyi və sağlamlığı naminə peşəkarlıq nümayiş etdirən polis əməkdaşlarına təşəkkür edir, bu cür nümunəvi davranışların ictimaiyyətə çatdırılmasını vacib hesab edirik.


Bənzər xəbərlər