media-file_000000000678820abdf25a8566e55dea

Çində qanunsuz piton yetişdirilməsi ilə məşğul olan şəxslərə qarşı keçirilən əməliyyat zamanı yüzlərlə ilan aşkarlanıb.

Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Çinin Zhejiang əyalətində baş verib.

Məlumata görə, əməliyyat bir vətəndaşın ərazidə böyük piton gördüyünü polisə bildirməsindən sonra başlayıb. Araşdırmalar zamanı qeyri-adi dərəcədə yüksək elektrik enerjisi sərf edən mənzil müəyyən edilib və orada axtarış aparılıb.

Basqın zamanı polis iki yataq otağı və qonaq otağının tamamilə sürünənlərin çoxaldılması üçün istifadə olunduğunu aşkarlayıb. Plastik qutularda saxlanılan yüzlərlə piton müsadirə edilərək zooparka təhvil verilib.

İstintaq zamanı ev sahibinin sosial media hesablarında pitonlarla bağlı paylaşımlar etdiyi və onları sosial şəbəkələr vasitəsilə qanunsuz şəkildə satışa çıxardığı müəyyən edilib.

Ümumilikdə evdən 436 piton aşkarlanıb. Məlumata görə, ilanların ümumi dəyəri 4,2 milyon dollar təşkil edir.

Hadisə ilə əlaqədar üç nəfər saxlanılıb və məhkəmənin qərarı ilə həbs cəzasına məhkum edilib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər