media-file_00000000061c820abd91569df5b5c105

Yay aylarında sosial şəbəkələrdə saç baxımı ilə bağlı müxtəlif “təbii üsullar” sürətlə yayılır. Onlardan biri də limon suyunun saça çəkilməsinin saç rəngini açdığı, yağlanmanı azaltdığı və saçlara parlaqlıq verdiyi iddiasıdır. Bəs bu üsul həqiqətən faydalıdır, yoxsa saç üçün risk yarada bilər?

Patrul.az bu iddiaları araşdırıb.

Mütəxəssislərin sözlərinə görə, limonun tərkibindəki turşular günəş şüalarının təsiri ilə saçın rəngini müəyyən qədər aça bilər. Lakin bu, sağlam saç açılması demək deyil. Turşu saç telini quru və kövrək hala gətirə, xüsusilə boyalı və zədələnmiş saçlarda qırılma riskini artıra bilər. Limonun yağlı saç dərisində qısa müddətli təmizlik hissi yaratması mümkün olsa da, onun müntəzəm istifadəsinin yağlanmanı aradan qaldırdığı elmi cəhətdən sübut edilməyib. Əksinə, bəzi insanlarda saç dərisində qıcıqlanma və həssaslıq yarada bilər.

Nəticə olaraq, limon suyunun saça çəkilməsi sosial şəbəkələrdə təqdim edildiyi qədər təhlükəsiz və möcüzəvi üsul hesab edilmir. Saçın rəngini açmaq və ya yağlanmanı azaltmaq istəyən şəxslərin bu cür üsulları tətbiq etməzdən əvvəl dermatoloq və ya trixoloqun məsləhətini alması daha doğru yanaşma hesab olunur.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər