"Müctəba Xamenei heç bir şəxslə və ya qurumla əlaqə saxlamayıb" - Müctəbanın qayınatası
“Müctəba Xamenei heç bir şəxslə və ya qurumla əlaqə saxlamayıb”.
Patrul.az İran mediasına istinadən xəbər verir ki, bunu İranın ali dini lideri Ayətullah Əli Xameneinin qayınatası Qulaməli Həddad Adil İran Tələbə Xəbər Agentliyinə (ILNA) açıqlamasında deyib.
O, Müctəba Xameneinin hər cəhətdən atasına bənzədiyini bildirib. Müctəbanın səhhəti ilə bağlı sualı cavablandıran Həddad Adil isə “Allahın köməyi ilə səhhəti yaxşıdır”, – deyə qeyd edib.
Gülbəniz Səfərova






