Paytaxt ərazisində motosiklet sürücüsü polisə tabesizlik göstərib. Belə ki, sözügedən sürücü saatda 160 km sürətlə ərazidən qaçıb.

Bakı Şəhər DYP İdarəsinin baş inspektoru Rüstəm Əhmədli Patrulaz.az-ın sorğusuna cavab olaraq bildirib ki, videogörüntü bir müddət əvvəl qeydə alınıb və polisin qanuni tələbinə əməl etməyən sürücü barəsində qanunamüvafiq tədbir görülüb.


Bənzər xəbərlər