media-af8c9200-89b0-11f0-9cf6-cbf3e73ce2b9-jpg

Portuqaliyanın paytaxtı Lissaboda baş verən “Qloriya” funikulyor qəzası ölkəni şoka salıb.

Patrulaz.az “BBC”yə əsasən xəbər verir ki, axtarış-xilasetmə işləri nəticəsində 3 yaşlı almaniyalı oğlan sağ çıxarılıb. O, möcüzəvi şəkildə sağ qalıb. Lakin atası həyatını itirib, anası isə yaralandığı vaqondan xilas edilib. Qəza zamanı 20-dən çox insan da xəsarət alıb.

Hadisə yerinin görüntülərində qalıqlara baxan insanların üzündə dərin şok hissi müşahadə edilir.

Qəzada yaralananlardan biri funikulyorun yaratdığı qorxunu belə ifadə edib:

“Neçə il yaşasam da, bir daha funikulyora minməyəcəyəm”.

Məlumata görə, ölənlər arasında Portuqaliya, Cənubi Koreya, İsveçrə, Kanada, Almaniya və Ukrayna vətəndaşları var.

Qəzaya səbəb isə hələ müəyyən edilməyib. Paytaxtın ictimai nəqliyyat operatoru Carris bütün funikulyorları yoxlayacağını və müstəqil araşdırma aparacağını açıqlayıb. Şahidlərin sözlərinə görə, relsdən çıxan və binaya çırpılan funikulyorun qalıqları arasından keçərkən baş verənləri hələ də araşdırılır.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi Lissabonda baş vermiş qəzada ölənlərlə bağlı başsağlığı verib.


Bənzər xəbərlər