media-img_7761

“Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumu çərçivəsində “Euronews” televiziyasına müsahibəsi özündə bir sıra mühüm məqamları ehtiva etdi. XII Qlobal forum və bu forumda müzakirə olunan məsələrin qlobal gündəliyin vacib məsələləri olduğunu bildirən ölkə başçısı forumda yeni ideyaların meydana gələcəyinə beynəlxalq məsələlərə yanaşmanın formalaşmasına imkan verəcəyinə ümidvar olduğunu bildirdi”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

media-img_7762
O bildirib ki, Prezidentin “Dünya Düzəninin Yenidən Düşünülməsi” ilə bağlı hər kəsin qlobal səviyyədə üzləşdiyi əsas çağırışlarla bağlı mövqeyi xüsusilə maraqlı oldu: “Dünya nizamının artıq mövcud olmadığını deyən ölkə başçısı belə bir məqamda hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı olduğunu və hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalı olduğunu bildirdi. Bu istiqamətdə ölkələrin beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verməli olduğunun daha düzgün yanaşma olduğunu qeyd etdi. Həqiqətən də bir qism beynəlxalq təşkilatların zəiflik nümayiş etdirdiyi və ya tamamilə iflic vəziyyətində olduğu bir dövrdə ölkələrin öz daxili imkanlarına diqqət yetirməsi və ikitərəfli əlaqələri inkişf etdirməsi olduqca vacibdir.
Prezident müsahibədə Cənubi Qafqaz regionunda sabitliyin qorunması ilə bağlı zəruri olan fəaliyyətə də diqqət yönəldərək hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmlərinin yaradılmasının vacib olduğunu dedi. Həqiqətən də dünyada baş verən müharibələr, qarşıdurma və toqquşmalar hər bir ölkənin milli təhlükəsizliyinin qorunmasını gündəmə gətirir. Bu baxımdan Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təmin olunması həm də Azərbaycan olaraq bizim təhlükəsizliyimiz üçün əsas şərtdir.
Prezident müsahibədə həmçinin ABŞ-Azərbaycan münasibətləri və Trampın hakimiyyətə gəlişinin meydana gətirdiyi geosiyasi dəyişikliklərə də toxundu. Prezident qeyd etdi ki, baş verənlər bütün dünyanın Ağ Evdə qəbul olunmuş qərarlardan necə asılı olduğunu nümayiş etdirir. Ölkə başçısı həmçinin ABŞ-ın əvvəlki administrasiyası ilə Azərbaycan arasında münasibətlərin pisləşməsinin səbəbinin onların mövqeyinin bizim milli maraqlarımıza ədalətsiz yanaşmasından qaynaqlandığını dedi. Həqiqətən də Azərbaycan-ABŞ münasibətlərinin keçmişinə baxdıqda görürük ki, otuz ildən artıq bir dövr ərzində Azərbaycan regionda ABŞ-ın etibarlı tərəfdaşı olaraq münasibətlərin daha da inkişaf etdirilməsi üçün çox mühüm addımlar atıb. Lakin Bayden hakimiyyətinin yalnış siyasəti bu münasibətləri kökündən dəyişib. İndi isə ölkə başçısının da qeyd etdiyi kimi ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulması üçün real imkanlar var.
Ümumiyyətlə isə müsahibə və ayrı-ayrı məsələlərlə bağlı Prezidentin açıqlamaları həm Cənubi Qafqazda, həm də qlobal miqyasda baş verən prosseslərə Azərbaycanın baxışlarının çatdırmaq baxımından əhəmiyyətli oldu”.

Səbinə Hüseynli


Bənzər xəbərlər