media-430x243-kalp-krizi-riskinizi-8-basit-adimla-yuzde-yuz-azaltabilirsiniz-kalbimizi-korumak-bizim-elimizde-1759133406634

Ürək xəstəlikləri bütün dünyada olduğu kimi, ölkəmizdə də geniş yayılmış ölüm səbəblərindən biri olaraq qalır. Mütəxəssislər isə bildirirlər ki, infarktdan qorunmaq üçün ən təsirli yol gündəlik vərdişlərimizi dəyişməkdir.

Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, türkiyəli professor Hakan Karpuz ürək xəstəliyi ilə bağlı diqqətçəkən açıqlama verib. Onun sözlərinə görə, ürək xəstəlliklərinin irəliləməsinin qarşını vaxtında almaq mümkündür:

“Ürək xəstəliklərinə qarşı ən mühüm yanaşma xəstəliyin inkişaf etməmişdən əvvəl tədbir görülməsidir. Dərman və müdaxilə müalicələrində mühüm irəliləyişlər var, amma fərdi həyat tərzi dəyişiklikləri daha böyük rol oynayır”,- deyə kardeoloq bildirib.

Ürək sağlamlığını təhdid edən 8 əsas risk faktoru

Mütəxəssisin sözlərinə görə, ürəyi qorumağın ən effektiv yolu risk faktorlarını minimuma endirməkdir. Professor Karpuz ən mühüm 8 faktoru belə sadalayır:

1. Siqaret və tütün məmulatları

“Təkcə istifadə etməmək kifayət deyil. Tütün tüstüsünün olduğu mühitlər də ürək sağlamlığı üçün ciddi təhlükədir”.

2. Artıq çəki və bel ətrafı piylənmə

“Kişilərdə 94 sm, qadınlarda 80 sm-dən çox bel ətrafı infarkt riskini artırır”.

3. Qeyri-sağlam pəhriz

“Pəhriz fərdi, davamlı və sağlam olmalıdır. Qidalanma həyat tərzinizin təbii hissəsinə çevrilməlidir”.

4. Hərəkətsizlik

“Məşqdə ən vacib amil nizamlılıqdır. Vaxtı və miqdarı deyil, ardıcıllıq ürəyi qoruyur”.

5. Yuxu pozğunluqları

“Gecə 6 saatdan az və ya 8 saatdan çox yatmaq ürək sağlamlığına mənfi təsir göstərir, diabet riskini artırır”.

6. Yüksək xolesterin

“Xüsusilə LDL – ‘pis xolesterin’ həkim nəzarəti altında izlənilməli və idarə olunmalıdır”.

7. Qan şəkəri

“Diabet epidemik ölçülərə çatıb. Qan şəkəri mütəmadi ölçülməli, şəkərli qidalar və un məmulatlarından uzaq durmaq lazımdır”.

8. Yüksək qan təzyiqi

“Hipertoniya bütün dünyada ölüm üçün ən çox rast gəlinən risk faktorudur. Qan təzyiqi mütəmadi yoxlanılmalı, duz istehlakı minimuma endirilməlidir.

Professor Karpuz sonda belə xəbərdarlıq edib:

“Ürək sağlamlığımızı qorumaq üçün atdığımız hər bir addım həyat keyfiyyətimizi yüksəldəcək və ömrümüzü uzadacaq. Unutmayaq ki, infarktın qarşısını almaq onu müalicə etməkdən qat-qat asandır. Əmin olun, əgər ürəyinizi qorusanız, ürəyiniz də sizi qoruyacaq”.


Bənzər xəbərlər