"Putin məni ruhdan saldı" - Tramp
“Putin məni ruhdan saldı”.
Patrulaz.az “Lenta.ru”ya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsində liderlərin mövqeyini şərh edərkən bu fikri səsləndirib.
Tramp həmçinin, Rusiya Prezidenti Vladimir Putindən Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə yanaşmasına görə məyus olduğunu bildirib.
Onun sözlərinə görə, ABŞ artıq yeddi müharibəni həll etməyi bacarıb, lakin Putinlə şəxsi münasibətlərinə görə Ukrayna münaqişəsinin həllinin asan olacağını düşünüb.
ABŞ Prezidenti həmçinin, çıxışı zamanı Putin ilə avqustun 14-də baş tutan Alyaska görüşününün təşkilinin də səhv addım olmadığını söyləyib.
Gülbəniz Səfərova






