Qadınların pəncərədən çıxaraq rəqs etdiyi "Land Cruiser"in sürücüsü məsuliyyətə cəlb olunub - VİDEO
Şəmkir şəhərində hərəkətdə olan zaman pəncərələrindən qadınların çıxaraq rəqs etdiyi “Land Cruiser” markalı avtomobilin sürücüsü polis əməkdaşları tərəfindən müəyyən edilərək məsuliyyətə cəlb olunub.
Patrulaz.az-ın əldə etdiyi məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları görüntüləri təhlil edərək, “Land Cruiser” markalı 10-CC-448 dövlət nömrə nişanlı avtomobilin sürücüsü A.İsmayılovun sərnişin daşıma qaydalarını pozduğunu müəyyən edib və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.
Gülbəniz Səfərova






