media-inshot_20251211_172622266

Siz də hər səhər güzgüyə baxanda üzünüzdəki qara nöqtələrdən şikayət edirsiniz? Dəriyə qulluq edən hər kəsin qarşılaşdığı bu problem, əslində çoxlarının düşündüyü kimi yalnız bahalı mağaza maskaları ilə həll edilmir.

Məsamələrdə hava sirkulyasiyasının az olması və dəridə yağların yığılması qara nöqtələrin yaranmasının əsas səbəbidir. Amma yaxşı xəbər odur ki, evdə sadə və təbii üsullarla da dərinizdən qara nöqtələri asanlıqla aradan qaldıra bilərsiniz.

Patrul.az qara nöqtələri təmizləmək üçün bir neçə ev şəraitində sadə və təbii üsulları təqdim edir:

Üzü müntəzəm təmizləyin. Dərininizi gündə iki dəfə gel əsaslı təmizləyici ilə yuyun. Quru və həssas dərisi olanlar gündə bir dəfə ilə kifayətlənə bilər.

Peeling tətbiq edin. Tərkibində alfa və beta hidroksi turşuları və ya retinol olan skrablar ölü hüceyrələri çıxararaq məsamələri açır.

İsti buxar ilə məsamələri açın. Üzünüzü isti buxarın üzərində bir neçə dəqiqə saxlayın ki, məsamələr daha rahat təmizlənsin.

Qara nöqtələri aparmaq üçün aşağdakı təbii üsullu maskalardan istifadə edin:

Süd və bal maskası: Südün laktik turşusu ölü hüceyrələri təmizləyir, bal isə dərini parlaq və yumşaq edir.

Yumurta ağı və limon suyu: Yumurta ağı dərini tonlayır və məsamələri daraldır, limon isə təbii ağardıcı rolunu oynayır.

Çörək soda və bal maskası: Çörək soda dərinin pH səviyyəsini tənzimləyir və ölü hüceyrələri çıxarır, bal isə dərini nəmləndirir və parlaq görünməsini təmin edir.

Yaşıl çay, E vitamini və badam yağı serumu: Anti-inflamatuar təsir göstərir, dərini sakitləşdirir və qara nöqtələrin qarşısını almağa kömək edir.

Ümumiyyətlə qara nöqtələri sıxmayın. Bu, dərinizdə infeksiya və izlərin yaranmasına səbəb ola bilər. Aşındırıcı məhsullardan düzgün istifadə edin. Həkiminizlə məsləhətləşərək peeling və maskaları həftədə 1–2 dəfə tətbiq edin. Məhsullara allergiyanız olmadığından əmin olun. Hər hansı yeni maska və ya serumdan əvvəl kiçik dəri testindən keçmək vacibdir. Qara nöqtələrdən xilas olmaq üçün mağaza maskalarına pul xərcləməyə ehtiyac yoxdur. Dərininizi müntəzəm təmizləmək, məsamələri açmaq və təbii maskalardan istifadə etmək sizi həm qara nöqtələrdən azad edəcək, həm də dərinizin parlaq və sağlam görünməsinə kömək edəcək.


Bənzər xəbərlər