Qarabağ ərazisində növbəti mina partlayışı: Sakin hospitala yerləşdirildi
Ağdərə rayonunda mina hadisəsi baş verib.
Patrulaz.az “Oxu.Az” istinadla xəbər verir ki, hadisə rayon ərazisindəki boş sahədə qeydə alınıb.
Partlayış nəticəsində rayonun Şıxarx qəsəbə sakini Qulu Tufan oğlu Quliyev xəsarət alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, hadisə ilə bağı araşdırma aparılır.