“Qarabağ müdafiədə səhv etməsə, Çempionlar Liqasında nəticə qazana bilər” Ekspert
“Qarabağ” UEFA Çempionlar Liqasında öz gücünü rəqiblərinə qarşı nümayiş etdirir. İndi komandamızın qarşısında Avropanın güclü klublarından biri – “Napoli” dayanır.
Bəs ekspertin fikrincə, komanda bu qarşılaşmada gözlənilən nəticəyə nail ola biləcəkmi?
Bu barədə Azərbaycan millisinin sabiq futbolçusu, futbol üzrə ekspert Ceyhun Sultanov Patrul.az-a açıqlamasında bildirib ki, “Qarabağ” oyun üslubuna sadiq qalaraq Çempionlar Liqasında rəqiblərinə qarşı şansını reallaşdıra bilər:
“‘Napoli’nin güclü komanda olduğunu, yaxşı futbolçulara malik olduğunu və oynadıqları çempionatda ilk 3-5-likdə yer aldıqlarını bilirik. ‘Qarabağ’ öz oyun üslubunu sərgiləsə, yaranan imkanlardan maksimum istifadə etsə və müdafiədə səhv etməsə, oradan xal qazanmaq şansı var.
Mən ‘Qarabağ’a inanıram; kimlə oynadıqlarının fərqi yoxdur, nəticə əldə edə biləcəklərinə inanıram. Bunu onların oyun üslubu deməyə vadar edir. ‘Qarabağ’a uğurlar arzulayıram. Düzdür, rəqibimiz güclüdür, amma məncə, Çempionlar Liqasında ‘Qarabağ’ təcrübə toplayacaq və nəticə əldə etmək üçün bütün imkanlara malikdir”.
Cəmilə Cəfərzadə






