media-inshot_20260129_231543436

Azərbaycan dünyada çay içməyi ən çox sevən ölkələrdən biridir. İnsanlar yalnız soyuq günlərdə deyil, hətta isti yay günlərində, hava 40 dərəcə olmasına baxmayaraq, qaynar çay içməkdən çəkinmirlər. Bu adət həm sosial, həm də mədəni bir ənənə kimi cəmiyyətin həyatında dərin kök salıb.

Bəs maraqlıdır qaynar çay içməyin sağlamlığa zərərləri varmı? 

Patrul.az-ın araşdırmasına görə, qaynar çay ağız, udlaq və mədə selikli qişasını zədələyərək xərçəng və digər sağlamlıq problemləri riskini artırır.

Qaynar çayın zərərləri:

Ağız və udlaq xərçəngi riski

media-inshot_20260129_225758618

Araşdırmalar göstərir ki, qaynar çay (təxminən 65–70 °C-dən yuxarı) mütəmadi olaraq içildikdə ağız və udlaq selikli qişasında mikro yanıqlara səbəb ola bilər. Bu isə uzun müddətdə xərçəng riskini artırır.

Diş problemləri

media-inshot_20260129_230102792 Çox isti çay dişlərin emalini zədələyə, saralma və hətta həssaslığa səbəb ola bilər.

Mədə və qida borusu problemləri

media-inshot_20260129_230305264

Qaynar maye mədənin və qida borusunun selikli qişasına zərər verə bilər, həzmi çətinləşdirə və mədə yanmalarını artırmağa meylli ola bilər.

Yanıq riski

media-inshot_20260129_230534287İstənilən halda çox isti içkilər içərkən dil, damaq və boğazın yanması riskic var, xüsusilə uşaqlar və yaşlılar üçün təhlükəli ola bilər.

Kafein təsirləri

media-inshot_20260128_181532615

Qaynar çay daha çox kafein buraxa bilər, bu da yüksək həssaslıqda olan insanlarda əsəbilik, yuxusuzluq və ürək döyüntüsünü artırır.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər