media-img_5237

Qazax yolunda hərəkətsiz qalan avtomobilin köməyinə yol polisi əməkdaşı gəlib.

Patrulaz.az-a daxil olan məlumata görə, 99-YP-865 dövlət qeydiyyat nişanlı yol patrul avtomobilinin əməkdaşı yolda qalan ailəyə kömək edib.

Məlum olub ki, avtomobilin hərəkətsiz qalmasına səbəb yanacağın bitməsi olub. Vəziyyəti görən yol polisi əməkdaşı dərhal benzin alaraq sürücüyə kömək olub.

Avtomobildə azyaşlı uşaqların da olduğunu nəzərə alan yol polisi əməkdaşının bu nümunəvi davranışı ailə üzvləri tərəfindən böyük minnətdarlıqla qarşılanıb.

Onlar Patrulaz.az vasitəsilə yol polisinin diqqət və qayğısına görə təşəkkür ediblər.


Bənzər xəbərlər