Qazaxda nömrə nişanına müdaxilə edən və tünd plyonka vuran sürücü saxlanıldı - VİDEO
Qazaxda nömrə nişanına müdaxilə edən və tünd plyonka vuran sürücü saxlanıldı.
Patrulaz.az xəbər verir ki, bu gün Qazax rayonunda 77-NE-535 dövlət qeydiyyat nişanlı BMW markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsinin ön nömrə nişanına müdaxilə edib və qanunla qadağan olunmuş tünd plyonkadan istifadə edib. Sürücünün hərəkətləri videogörüntülərə əks olunaraq sosial şəbəkələrdə yayılıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Gəncə regional qrupunun rəhbəri Eşqin Qasımov Patrul.az-a açıqlama verib:
“Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən görüntülərlə bağlı müvafiq tədbirlər həyata keçirilib. Sürücü saxlanılaraq barəsində inzibati tədbir görülüb. Avtomobildə olan qayda pozuntuları aradan qaldırılıb.”
Qanunvericiliyə əsasən, dövlət qeydiyyat nişanına müdaxilə və ön yan şüşələrə tünd plyonka vurmaq yol hərəkəti qaydalarının ciddi pozuntusu hesab olunur və inzibati məsuliyyət yaradır.






