Qəhvə böhranı: Braziliya quraqlığı qiymətləri rekord həddə qaldırdı
Braziliyada baş verən quraqlıq nəticəsində dünya bazarında qəhvə istehsalı ciddi azalıb. Bu səbəbdən qəhvə qiymətləri son illərin ən yüksək həddinə yaxınlaşıb.
Patrulaz.az xəbər verir ki, mütəxəssislər bildirdiyinə görə, xammalın bahalaşması yaxın günlərdə qəhvə satışı ilə məşğul olan iri beynəlxalq və yerli kafe şəbəkələrinin qiymətlərinə də təsir edəcək. Bir çox qəhvə markalarının və kafe şəbəkələrinin məhsullarının qiymətini artırması gözlənilir.






