media-img_2637

İyun ayının 18-də saat 19:10 radələrində Binəqədi yolunun Xırdalan dairəsi istiqamətində qəza riski yaradacaq hadisə baş verib.

Patrulaz.az-a daxil olan məlumata görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti İdarəsinin yanında yerləşən məhəllədən çıxan minik avtomobili “Rəsul” və “Sənan” marketlər istiqamətində hərəkət edərək sola dönmək istəyib. Bu zaman həmin avtomobilə əks istiqamətdən gələn, 99-NE-344 dövlət nömrə nişanlı “NAZ Lifan” markalı avtomobil yüngül şəkildə toxunaraq yoluna davam edib.

Hadisə anı ərazidəki müşahidə kameralarına düşüb.

Görüntülərdən aydın görünür ki, hadisəyə səbəb olan avtomobil yol hərəkəti qaydalarını pozaraq əks istiqamətdə hərəkət edib. Nəticədə, sözügüdən nəqliyyat vasitəsi sola dönməyə çalışan digər avtomobillə toqquşub və yolda daha ciddi qəza şəraitinin yaranmasına səbəb olub.

Gülbəniz Səfərova

 


Bənzər xəbərlər